Laçında beynəlxalq hava limanının tikintisi bitmək üzrədir

Laçında beynəlxalq hava limanının tikintisi bitmək üzrədir backend

Laçın rayonu Qorçu kəndində inşa olunan və saatda 200 sərnişinə xidmət edəcək beynəlxalq hava limanının tikintisi bitmək üzrədir.

APA-Economics” xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O, qeyd edib ki, hava limanı bölgələrə gediş-gəlişi asanlaşdıracaq və onun turistik potensialından geniş istifadə olunmasına imkan verəcək.

“Azad olunmuş ərazilərin bərpası bu torpaqlara həyatın qaytarılmasının rəmzidir və Prezidentin tapşırığı əsasında biz də öz növbəmizdə quruculuq işlərinə layiqincə davam edəcəyik”, - deyə T.İslamov əlavə edib.

Diaspora