Ötən həftə Qarabağda təmizlənən minaların sayı açıqlanıb

Ötən həftə Qarabağda təmizlənən minaların sayı açıqlanıb backend

Azad olunan ərazilərdə sentyabrın 23-29-da 217 tank əleyhinə mina, 113 piyada əleyhinə mina, 450 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1128.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.

Diaspora