Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Laçın şəhərinə, Laçının Zabux və Sus kəndlərinə köçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işləri davam edir.
Qaziler.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.
Laçına köçürülən sakinlərdən artıq 954 nəfərin məşğulluğu təmin olunub.
Həmçinin sakinlərdən 32 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar qurulub. 39 sakin üçün isə peşə hazırlığı kursları təşkil edilib. Hazırda daha 255 sakinin məşğulluğunun təminatına dəstək işləri aparılır.
Laçına köçürülən sakinlərin məşğulluq xidmətlərinə əlçatanlığının artırılması məqsədilə Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialının Laçın xidmət şöbəsi də açılıb.