Milanda sərnişin nəqliyyatları işə üzərində “Xocalıya Ədalət! şüarı ilə çıxıb

Milanda sərnişin nəqliyyatları işə üzərində “Xocalıya Ədalət! şüarı ilə çıxıb backend

Şəhər sakinləri arasında Xocalı soyqırımına həsr olunmuş 15 min bukletin paylanmasına başlanıb. Milan. Səbuhi Məmmədli - APA. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı İtaliyanın Milan şəhərində silsilə tədbirlər kampaniyası davam edir.

“APA-Hoildinq”in Milana ezam olunmuş müxbiri xəbər verir ki, artıq 3 gündür, Milan şəhər nəqliyyatının 166 marşrutda Xocalı faciəsini əks etdirən, üzərində “Xocalıya Ədalət!” şüarı olan avtobus, tramvay və trolleybuslar reysə çıxır.

Onu da qeyd edək ki, bu marşrutların hərəkət trayektoriyası şəhərin bütün yaşayış məntəqələrini əhatə edir. O cümlədən 6 marşrut bütün sutka ərzində və şəhər boyu dairəvi hərəkətdədir. Şəhər Nəqliyyat Departamenti ilə bağlanan müqaviləyə əsasən, stiker və bannerlər daha 2 həftə ərzində marşrutlarda saxlanılacaq.

Bundan başqa, bir həftədən artıqdır, şəhər sakinləri arasında Xocalı soyqırımına həsr olunmuş məlumat bukletləri paylanmaqdadır. 15 min tirajla çap edilmiş bukletlərin böyük hissəsi səhərin əksər teatr və mədəniyyət mərkəzlərində, ictimaiyyətin sıx olduğu yerlərdə, ictimai nəqliyyatda paylanılıb. Bu aksiya 24 fevrala kimi davam etdiriləcək.

Fevralın 24-də isə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Milan şəhərinin mərkəzində yerləşən məşhur “Teatr Filodrammatici” Teatrında “Xocalıda qırmızı mələk” adlı tamaşanın premyerası, premyeraya qədər isə Xocalı faciəsinə həsr olunmuş sərgi təşkil ediləcək.

Xatırladaq ki, tamaşa Lent.az-da yayınlanan “Əsir düşərgəsi” layihəsinin motivləri əsasında hazırlanıb.

Tamaşanın ssenari müəllifi Səbuhi Məmmədli, rejissoru Nihad İsadır.
Diaspora