Xocalıda Birinci Qarabağ müharibəsinin beş şəhidi ilə vida mərasimi keçirilir - FOTO

Xocalıda Birinci Qarabağ müharibəsinin beş şəhidi ilə vida mərasimi keçirilir - FOTO backend

Qalıqları Xocalı rayonu ərazisində aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhidlər Usubəli Süleyman oğlu Qarayev, Şahin Talış oğlu Məmişov, Ələddin Bəhlul oğlu Paşayev, Nemət Musa oğlu Şahmuradov və Zakir Kamran oğlu Usubovun nəşi Xocalı şəhərinə gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, hazırda şəhidlərlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Usubəli Süleyman oğlu Qarayev 1961-ci il iyunun 1-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalının Dəhraz kəndində itkin düşüb.

Şahin Talış oğlu Məmişov 1959-cu il noyabrın 12-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Ələddin Bəhlul oğlu Paşayev 1961-ci il noyabrın 8-də anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı rayonunun Dəhraz kəndində anadan olub.

Nemət Musa oğlu Şahmuradov 1962-ci il dekabrın 26-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Zakir Kamran oğlu Usubov 1964-cü il dekabrın 10-da anadan olub. O, 1992-ci il fevralın 26-da Xocalı şəhərində itkin düşüb.

Onlar Xocalı şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.

Diaspora