Şuşa sammiti Borrelli dəli etdi: Orbanı hədəf aldı

Şuşa sammiti Borrelli dəli etdi: Orbanı hədəf aldı backend

Macarıstanın Baş naziri Viktor Orban iyulun 6-da Azərbaycanın Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Avropa Birliyini təmsil etməyib.

QAZÌLER.AZ  Axar.az-a istinaden  xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin açıqlamasında deyilir.

O, Avropa Birliyinin TDT-nin Şimali Kipr Türk Cümhuriyyətini (ŞKTC) təşkilatda müşahidəçi qismində legitimləşdirmək cəhdlərini pislədiyini vurğulayıb..

Xatırladaq ki, Macarıstan 2024-cü il iyulun 1-dən dekabrın 31-dək AB Şurasına sədrlik edir.

Brüssel tərəfindən bu cür inkarın məntiqi tam aydın deyil, çünki TDT özü heç vaxt Avropa Birliyini tərəfdaş hesab etməyib. Orban da TDT sammitində Macarıstan Baş naziri kimi iştirak edib.

Diaspora