"Azad edilən ərazilərdə Qurban bayramında heyvan kəsimi üçün dörd müvəqqəti çadır qurulub".
"Report"un məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayilov deyib.
Onun sözlərinə görə, çadırlar Ağdərənin Talış və Zəngilanın Ağalı kəndində, Füzuli və Şuşa şəhərlərində qurulub:
"Həmin yerlərdə də heyvanlar baytar nəzarətindən keçəcək və qurban bayramı qeyd olunacaq".