Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər edəcək.
"Report" "YeniŞafak"a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
"Prezident Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Azərbaycanın Şuşa şəhərinə səfər edə bilər", - məlumatda vurğulanıb.