Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyasından sonra Rusiyanın sərhəd zastavaları Tavuş rayonundan çıxarılacaq.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bunu baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda baş verənlər vəziyyətin ciddi şəkildə dəyişməsidir: "Bu o deməkdir ki, artıq bizim təmas xəttimiz yox, sərhədimiz var və sərhəd sülhün əlamətidir. Azərbaycan və Ermənistan sərhədçiləri bir-biri ilə əməkdaşlıq şəraitində sərhədi müstəqil şəkildə qoruyacaqlar”.