Ağdamda detonator partlaması ilə bağlı araşdırma aparılır

Ağdamda detonator partlaması ilə bağlı araşdırma aparılır backend

Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində detonator partlaması nəticəsində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşının xəsarət alması faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Ağdam Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 6-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin partlayış nəticəsində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 2000-ci il təvəllüdlü Piriyev Anar Mürşüd oğlunun ərazidə mina təmizləmə işləri aparan zaman alışdırıcı kapsulun partlaması nəticəsində xəsarət alması müəyyən edilib.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora