Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş 4 kəndin dərhal azad olunmasını tələb edir

Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş 4 kəndin dərhal azad olunmasını tələb edir backend

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir.

QAZILER.AZ  APA-ya istinaden  xəbər verir ki, bu barədə dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycanda və Ermənistanda yaradılmış komissiyaların görüşləri barədə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq.

Diaspora