Qarabağ Universitetində proqram rəhbəri vəzifəsi üzrə vakansiya elan edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, tələblərə cavab verən namizədlər müraciətlərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi martın 15-dir. Namizədlər ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilər.
Qeyd edək ki, Qarabağ Universiteti işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi məqsədilə Azərbaycan Prezidentinin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Universitet Xankəndi şəhərində fəaliyyət göstərəcək.