Kəlbəcərdə “İstisu” İstirahət - Müalicə Kompleksindən GÖRÜNTÜLƏR - VİDEO

Kəlbəcərdə “İstisu” İstirahət - Müalicə Kompleksindən GÖRÜNTÜLƏR -  VİDEO backend

Kəlbəcərdə ötən ilin yayında təməli qoyulmuş və hazırda tikilməkdə olan “İstisu” İstirahət-Müalicə Kompleksi hər ay minlərlə turist qəbul edə biləcək.

Xezerxeber.az-ın məlumatına görə, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır.

Xatırladaq ki, hələ sovet dövründə illik 50 min turist rahatlıqla burada dincələ və müalicə ala bilirdi. İndi isə bu potensial daha da artırılır.

Mövzu ilə bağlı danışan millət vəkili Aqil Məmmədov bildirib ki, işğal müddətində tam yararsız hala salınmış sanatoriya yeni görkəmdə tikiləcək və əvvəlki şöhrəti qaytarılacaq.

Onun sözlərinə görə, bütün işlər yerli sakinlərin Kəlbəcərə köçürülməsi ilə paralel aparılacaq. 

Qeyd edək ki, Kəlbəcərdə məşhur mineral su sayılan “İstisu” bulağı ətrafında ilk dəfə 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb.

Ətraflı süjetdə:

Diaspora