19 sentyabrda Azərbaycan lokal xarakterli antiterror tədbirləri həyata keçirərkən ağır yaralanan və komada olan hərbi qulluqçumuz Bakı çəhərində müalicə aldığı tibb müəssisəsində dünyasını dəyişib.
QAZİLER.AZ APA-ya istinadən verdiyi məlumata görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Qasımov Hacıəli Tahir oğludur. O, MAXE (müddətdən artıq xidmət edən) olub.
Şəhid Hacıəli Qasımovun doğulduğu kəndə dəfn ediləcəyi bildirilir.
Bura barədə APA-nın yerli bürosuna Tovuz rayon icra hakimiyyətinin Qaraxanlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib.