Ağdam Rayon İcra başçısı Vaqif Həsənov "FƏXRİ DİPLOM"la təltif edildi

Ağdam Rayon İcra başçısı Vaqif Həsənov "FƏXRİ DİPLOM"la təltif edildi backend

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Şəhid və Qazi ailələrinə göstərdiyi diqqət və qayğıya görə "Qarabağ Qaziləri" İctimai Birliyi adından Fəxri Diplomla təltif edilib. 

Şanlı Vətən müharibəsi Şəhidlərinin və Qazilərin ailələrinin bir vətəndaş, həmçinin məmur olaraq daima yanında olan, onların bütün problemlərinin həllində köməklik göstərən başçıya Fəxri diplom "Qarabağ Qaziləri" İB-nin sədri Asəf Əliyev tərəfindən təqdim edilmişdir.

Tədbirdə bir qrup Qazi çıxış etmişdir. Başçı Qazilərə bu təltif üçün minnətdarlığını bildirmiş, bundan sonra da daima Şəhid və Qazi ailələrinin yanında olacağını bildirmişdir. "Bu bizim məmur yox, vətəndaş borcumuzdur. Torpağımız, azadlığımız uğrunda canından keçən oğullarımıza hörmətlə yanaşmalıyıq"- deyə, Vaqif Həsənov öz fikrini bidirmişdi. 

 

QAZİLER.AZ

Diaspora