Şuşa və Suqovuşana şəxsi maşınlarla getməyə İCAZƏ VERİLDİ

Şuşa və Suqovuşana şəxsi maşınlarla getməyə İCAZƏ VERİLDİ backend

 "Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Dövlət Turizm Agentliyindən Lent.az-a verilə birgə məlumatda bildirilir ki, əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, dekabrın 27-dən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaq.

Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcək. Bu barədə ətraflı məlumatı “Yolumuz Qarabağa” portalı üzərindən əldə etmək mümkündür.

Diaspora