ICESCO işğaldan azad edilmiş ərazilərə ikinci beynəlxalq texniki missiya göndərəcək.
Qaziler.az bildirir ki, bu, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.
"Hazırda ICESCO mədəni, tarixi və dini irsin vəziyyəti ilə bağlı qiymətləndirmə və hesabatın hazırlanması, bunun üzv dövlətlərə və digər müvafiq maraqlı tərəflərə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə ikinci beynəlxalq texniki missiyasının təşkil olunması üzərində çalışır", - qurumun Baş direktorunun məktubunda qeyd edilib.