Azərbaycan Prezidenti İlham Əliyev bu gün Xankəndidə baş tutacaq "Qarabağ" - MOİK oyunundan əvvəl stadionda çıxış edəcək.
Qaziler.az AzTV-yə istinadən xəbər verir ki, dövlət başçısı daha sonra qarşılaşmanı stadiondan izləyəcək.
Oyun Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.