Bu gün Nizami Kino Mərkəzində Qarabağ Əlillər Cəmiyyətinin sədri, Qazi Etimad Əsədovun 60 illik yubileyi keçirildi. Mərasimə Etimad bəyin döyüş yoldaşları, Qazilər, Şəhid silahdaşlarının ailə üzvləri, millət vəkilləri, dostları, qohumları, media nümayəndələri dəvət olunmuşdu. Mərasimi giriş sözü ilə cəmiyyətin sədri Asəf Əliyev açaraq qonaqları salamladı. Çıxışdan sonra Şəhidlərimizin və Baş Qazinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ekranda Etimad bəyin böyük fotosu görünürdü. Baxanda gözündən bir sevinc, qürur, razılıq hissi duyulurdu.
Bəlkə də o sevinc azad olunmuş Qarabağımızın, böyüyüb boya-başa çatdığı Ağdam rayonunun Papravənd kəndinin düşmən tapdağından azad olunmasının sevinci idi.
Gözlərindən boylanan qürur dolu baxışlar isə silahdaşlarına, Qazi qardaşlarına qələbəmiz üçün bir təşəkkür baxışı idi...
Hər Qazi bir Şəhidin şahidi, yadigarıdır. Bəlkə də Etimad da hansısa şəhidimizin şahidi idi.
Amma bu gün silahdaşları, dostları, Qazi qardaşları Etimadın xeyirxahlığından, qəhrəmanlığından o qədər danışdılar ki...
Bədii qiraət ustası Ağalar Bayram,, Əməkdar artist Qoçaq Əsgərov, Babək Niftəliyev təbdbirdə çıxış etdilər. Həmçinin "Mərd" Musiqi Qrupunun ifasında “Odlar yurdu” rəqsi ifa olundu.
Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Qazilərinin möhtəşəm ifası zalı coşdurdu, tədbir iştirakçıları Qazilərin çıxışını bayraqlarımız əllərində, ayaq üstə alqışladılar.
Tədbir Etimad Əsədovun maliyyə dəstəyi, Şəmistan Əlizamanlının ifası ilə yazılmış “Qazilər” marşı ilə yekunlaşdı.
Tədbirdən sonra Etimad bəyin adına "Şəhriyar" Mərasim Evində ehsan verildi.
QAZİLER.AZ