Paytaxtın Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Laçın rayonunun Zabux kəndinə çatıb.
“Report” xəbər verir ki, bununla da 25 ailə - 92 nəfər doğma yurduna qayıdıb.
Bugünkü köçlə Zabux kəndində 146 ailənin, yəni 568 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın rayonunun Zabux kəndinə növbəti köçü reallaşıb.
Paytaxtda və Abşeronda məskunlaşan 13 ailə (52 nəfər) Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüblər.
Köç karvanına qoşulacaq ailələrin sayı isə belədir: Bərdə rayonundan – 6 ailə (20 nəfər), Sumqayıt şəhərindən – 3 ailə (10 nəfər), Lənkəran rayonundan – 1 ailə (4 nəfər), Mingəçevir şəhərindən – 1 ailə (4 nəfər), Ağcabədi rayonundan – 1 ailə (2 nəfər).
Ümumilikdə bu dəfə kəndə 25 ailə - 92 nəfər köçürülür. Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Laçın rayonunun Zabux kəndinə cəmi 146 ailə (567 nəfər) köçürülüb.