“Antiterror tədbirlərinin aparıldığı ərazilərdə altı yaşayış məntəqəsinin minalardan təmizlənməsinə başlanılıb”.
Bunu APA-ya açıqlamasında Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, bundan əlavə, orada fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri müxtəlif yerlərə gedirlər və ANAMA da onları müşayiət edərək dəstək verir:
“Hazırda Şuşanın kəndləri, Xankəndi, Kərkicahan, Malıbəyli, Xocalıda minatəmizləmə işləri aparılır. Mərhələli şəkildə digər ərazilərdə də işlərə başlanılacaq”.