Tarix Muzeyində şəhid leytenant Erkin Hüseynovun şəxsi əşyaları qorunur

Tarix Muzeyində şəhid leytenant Erkin Hüseynovun şəxsi əşyaları qorunur backend

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid leytenant Erkin Hüseynovun şəxsi əşyaları qorunur.

QAZİLER.AZ xəbər verir ku, bu haqda  AZƏRTAC-a muzeydən məlumat verilib.

Erkin Hüseynov 2020-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib, sonra hərbi xidmətdə olub. O, 2021-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Ehtiyat zabit hazırlığı kursunu başa vurub və leytenant hərbi rütbəsinə layiq görülüb. E.Hüseynov 2022-ci il sentyabrın 12-də Kəlbəcər rayonunda Ermənistan ordusu tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

O, “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

 

Diaspora