Laçın Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.
"Report"un əldə etdiyi məlumata görə, bu vəzifəyə Orxan Cəbrayıl təyin edilib.
Qeyd edək ki, O.Cəbrayıl bundan əvvəl sözügedən xəstəxananın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin müdiri olub.