“Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği” filmi təqdim edildi - FOTO

“Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği” filmi təqdim edildi - FOTO backend

“Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Xankəndi həqiqətlərinin əcnəbi tələbə və gənclər vasitəsi ilə beynəlxalq aləmdə təbliği”- qısa metrajlı sənədli film (Azərbaycan və İngilis dilində) hazırlanması mövzusunda növbəti layihəni uğurla icra edib.

Qaziler.az xəbər verir ki, layihənin əsas məqsədi əcnəbi tələbə və gənclərin erməni vəhşiliklərini görən qan yaddaşlı xankəndlilərlə görüşünü təşkil etmək, bununla da ermənilərin törətdikləri faciələri və Xankəndi haqqında həqiqətləri onlar vasitəsi ilə beynəlxalq aləmdə təbliğ etməkdir. Layihə çərçivəsində  hazırlanmış filim layihənin məqsədinə uyğun olaraq hazırlanmış və Xankəndində erməni şovinistləri tərəfindən azərbaycanlı sakinlərə qarşı edilmiş işgəncələrdən bəhs edir.

Layihənin təqdimat mərasimində Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, film çəkilişində iştirak edən əcnəbi tələbələr: Adil Süleymanov - Qazaxıstan, Demirəl Elifnaz - Türkiyə, Umar Mühammad Mehmood Azhar - Pakistan, Waung Kaibo - Çin, Fidana Allahverdiyeva - Türkmənistan, İnas Lahec - Əlcəzirə, Kibriyo İnomova - Özbəkistan, televiziya və media nümayəndələri, 2010-2020 -ci il illərdə Xankəndindən seçilmiş deputat, Milli Qəhrəman Şirin Mirzəyevin ömür gün yoldaşı Flora Qasımova, ”Saglam İnkişaf və Maarifləndirmə “İctimai Birliyinin sədri Anar Xəlilov, "Türküstan Media Group"un baş redaktoru Aqil Camal,  Azərbaycan Dövlət televiziyasının şöbə müdüri Firuzə Nadir, “Xocalı Təcavüzünün Tanıdılması" İctimaı Birliyinin sədri Səriyyə Cəfərova, QHT nümayəndələri, Xankəndi sakinləri iştirak ediblər.

Filmə baxıldıqdan sonra çıxışlar oldub, tələbələrlə diskussiyalar keçirilib. 

Diaspora