Lent.az-ın “Əsir düşərgəsi” layihəsi kitab halında ÇAP OLUNDU

Lent.az-ın “Əsir düşərgəsi” layihəsi kitab halında ÇAP OLUNDU backend

Kitabdakı bir çox faktlar ictimaiyyətə ilk dəfədir ki, çatdırılır Lent.az İnformasiya Agentliyinin “Əsir düşərgəsi” layihəsinin materialları əsasında kitab nəşr olunub. “Cəhənnəmdə böyük çığırtı” adlı kitaba toplanmış 8 hekayətdə erməni girovluğunda olan azərbaycanlıların üzləşdiyi işgəncə və zorakılıqlardan, yaşadığı dəhşətlərdən bəs edir. Kitabın məqsədi Qarabağ həqiqətlərinin araşdırılması, yeni nəslə, həmçinin, dünyaya çatdırılmasında bir addım atmaqdan ibarətdir.


Onu da qeyd edək ki, kitabdakı bir çox faktlar, girovluqda olmuş insanların öz dilindən geniş ictimaiyyətə ilk dəfədir ki, çatdırılır.

Kitabın müəllifi Vüsalə Məmmədova, ideya müəllifi və redaktoru Qabil Abbasoğludur.

“Cəhənnəmdə böyük çığırtı” kitabı APA Holdinqin dəstəyi ilə “TEAS Press” Nəşriyyat Evində çap olunub.

“Cəhənnəmdə böyük çığırtı” kitabının təqdimat mərasimi fevralın 20-də, saat 12-də Four Seasons otelinin Rast zalında keçiriləcək.
Diaspora