Sülhməramlılara məxsus böyük hərbi kolonun bu gün Qarabağı tərk etdiyi bildirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə erməni “Telegram” kanallarında video paylaşılıb.
Görüntülərdə hərbi kolonun ərazini tərk etdiyi göstərilib. Lakin bununla bağlı əlavə məlumat verilməyib.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi ötən gün sülhməramlı kontingentə məxsus 10-dan çox müşahidə məntəqəsinin dağıdılması ilə bağlı məlumat vermişdi. Həmçinin yeni qurulan 13 müşahidə məntəqəsindən 8-də rusların azərbaycanlı hərbçilərlə birlikdə patrul fəaliyyəti aparacağı qeyd olunmuşdu.
Həmin görüntüləri təqdim edirik: