Füzuli şəhərində inzibati binanın təməli qoyulub

Füzuli şəhərində inzibati binanın təməli qoyulub backend

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində inzibati binanın təməlini qoyub.

"Report" xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib.

Bildirilib ki, inzibati binanın inşa olunacağı şəhərin mərkəzi ərazisində 12 hektardan çox sahə ayrılıb. İnzibati binanın inşası üçün isə 4,4 hektardan çox ərazi nəzərdə tutulub. Burada parad meydanı, bir hektar sahədə park inşa olunacaq. Bundan başqa, digər regional qurumlar üçün də ərazi nəzərdə tutulub. Beş mərtəbədən ibarət inzibati binada ən müasir şərait yaradılacaq.

Prezident İlham Əliyev görüləcək işləri əks etdirən videoçarxa baxıb.

Dövlətimizin başçısı inzibati binanın təməlini qoyub.

 

13.30

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Füzuli şəhərində inzibati binanın təməlini qoyub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Diaspora