"Sentyabrın 19-da Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə keçən daha bir ərazidə narkotik plantasiyaları aşkarlanıb".
Qaziler.az Report-a istinadla xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin sözçüsü Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ağdamın Sırxəvənd kəndində narkotik plantasiyaları aşkarlanıb. Ərazidə həmçinin 4 ədəd "Kalaşnikov" tipli avtomat tapılıb. Terrorçular avtomatlardan ərazinin mühafizəsi üçün istifadə edib.
E.Hacıyev ərazinin xüsusi nəzarətlə mühafizə olunduğunu bildirib.