Qarabağda sülhməramlıların mükafatlandırılması ilə bağlı görüntülər erməniləri qəzəbləndirib.
"Globalinfo.az" xəbər verir ki, kadrları Rusiya sülhməramlı qüvvələrinin sosial şəbəkə hesabları paylaşıblar.
Belə ki, Qarabağda müvəqqəti xidmət aparan sülhməramlılar dövlət mükafatları ilə təltif olunublar. Sözügedən mərasim sosial şəbəkənin erməni seqmentində kəskin qəzəblə qarşılanıb. Sülhməramlıları vəzifə öhdəliklərini yerinə yetirməməkdə ittiham edən ermənilər onların missiyalarını vaxtından əvvəl başa vurduqlarını qeyd ediblər.