Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq

Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq backend

Bu il Şuşada 17 binadan ibarət yaşayış kompleksinin tikintisinə başlanılacaq.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.

O bildirib ki, 10 binadan ibarət yeni mərkəzi küçə gələn ilin may ayında istifadəyə veriləcək:

"İlin sonunda Şuşada ilk yaşayış kompleksinin inşası başa çatacaq və qısa müddət sonra 400-ə yaxın ailənin Şuşaya köçürülməsi təmin olunacaq.

Şuşada abidələrin, xüsusilə də dini abidələrin bərpası uğurla davam etdirilir".

Aydın Kərimov Yuxarı Gövhərağa və Saatlı məscidinin bərpa olunduğunu da deyib:

"Güman edirəm ki, gələn il İslam dünyasının Mədəniyyət paytaxtı ili üçün Aşağı Gövhərağa məscidinin bərpası yekunlaşacaq".

 

 

 

 

Diaspora