Xocalı cəlladı Balasanyan saxlanılıb? - Qarabağ qazisindən AÇIQLAMA

Xocalı cəlladı Balasanyan saxlanılıb? - Qarabağ qazisindən  AÇIQLAMA backend

Xocalıda azərbaycanlılara qarşı törədilən genosidin fəallarından olan Vitali Balasanyanın həbs edildiyi haqda məlumat var.

Bunu Qarabağ qazisi Rey Kərimoğlu Qaziler.az bildirib. 

"Xocalı qatillərindən biri olan Vitali Balasanyanın da Ruben Vardanyan kimi həbs edildiyi haqda məlumat var. Məlumatın səhihliyi barədə hələlik dəqiq bir söz deyə bilmirəm. İnşallah ki, doğrudur", - deyə qazi bildirib.

Qeyd edək ki, türklərə qarşı qəddarlığı ilə seçilən 1959-cu il təvəllüdlü Vitali Balasanyan 1988-ci ildə Əsgərənda erməni özünümüdafiə dəstələrindən birinə rəhbərlik edib. 1990-cı ildə Əsgəran rayonunun özünümüdafiə qüvvələrinin komandiri seçilib. 1999-cu ildən 2005-ci ilə qədər isə tanınmayan “DQR”-nin müdafiə nazirinin müavini olub.

Balasanyan “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı qatillərindəndir,

QAZİLER.AZ

Diaspora