Erməniəsilli şəxs: “Qarabağ müharibəsində Azərbaycan tərəfə əsir düşəndə bu xalqın humanistliyini gördüm”

Erməniəsilli şəxs: “Qarabağ müharibəsində Azərbaycan tərəfə əsir düşəndə bu xalqın humanistliyini gördüm” backend

“Mən Birinci Qarabağ müharibəsində Azərbaycan tərəfinə əsir düşəndə bu xalqın humanistliyinin şahidi oldum”.

“Report”un Laçına ezam olunan əməkdaşının xəbərinə görə, bunu Qarabağın erməniəsilli sakini Robert Safaryan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfdə əsirlikdə olanda onunla yaxşı rəftar edilib, vəziyyəti ilə yaxından maraqlanıblar:

“Mən Azərbaycan xalqını sevirəm. Bu, belə də olmalıydı. Gec-tez siz torpağınızı azad edəcəkdiniz. Mənə nə İrəvan, nə də Qarabağ lazımdır. Səmimi deyim ki, torpağın sahibi sizsiniz. Tənha adamam, Rusiyaya gedəcəyəm. Xankəndiyə yenidən qayıtmaq istəmirəm. Heç bir təzyiq göstərilmir, normal qaydada yoxlanılıb keçirik”.

Diaspora