Xocalıda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb - Yenilənib

Xocalıda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə  növbəti görüş başa çatıb - Yenilənib backend

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb.

"Report" xəbər verir ki, lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilmişdi.

 

*****

13:32

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başlayıb.

"Report" xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov və Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, Azərbaycanın mərkəzi hakimiyyətinin rəsmiləri ilə Qarabağın erməni sakinlərinin nümayəndələri arasında ilk görüş sentyabrın 21-də Yevlaxda keçirilib.

Diaspora