Ermənistanın iki aydır “Laçın” sərhəd-buraxılış məntəqəsi istiqamətində gözləyən və “Spayka” şirkətinə məxsus 22 maşının geri qayıtması psixoloji mübarizənin bu mərhələsini də Azərbaycanın xeyrinə bitirdi.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Azərbaycan ərazisinə icazəsiz şəkildə “humanitar yük” gətirmək ideyasının Baş nazir Nikol Paşinyana məxsus olduğuna inanmır:
“Bu “planı” Qərb ölkələrinin birində (19 TIR həcmində yardım Fransa şəhərlərindən göndərilmişdi - red.) hazırlayıblar və Paşinyanı inandırıblar ki, sən yükləri qəfil sərhədə göndər, Azərbaycan yolu açmasa, Bakıya təzyiq edəcəyik. Ancaq bu “plan” alınmadı. “Laçın istiqamətində gözləyən 22 yük maşını” əməliyyatının pozulmasında rəsmi Bakının Ağdam-Xankəndi yolundan istifadə təklifinin də rolu oldu. Azərbaycana qarşı təxribatçı planı hazırlayan mərkəzin digər məqsədi Ermənistan-Rusiya münasibətlərinin daha da gərginləşdirilməsi olub. Çünki “planı” hazırlayan mərkəz anlamamış deyildi ki, Azərbaycan Laçın yolunu açmayacaq. Yol açılmadığı təqdirdə Ermənistan hakimiyyəti Rusiyaya müraciət edəcəkdi. Belə də oldu. Ancaq Rusiya məsələyə qarışmadı və bu halda İrəvanla Kreml arasındakı gərginlik artdı. “Planı” hazırlayan Qərbdəki mərkəzə də elə bu lazım idi, Qarabağ ermənilərinə “yardım” onlar üçün maraqlı deyild