Kəlbəcər rayonu ərazisində yerləşən “Dəmirli” mis-molibden yatağında uzun illər qanunsuz fəaliyyətlə məşğul olan “Base Metals” şirkətinə məxsus tikililərin hərbi məqsədlər üçün istifadə olunduğu müəyyən edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış keçirilərkən adı çəkilən şirkətin obyektlərində yaradılmış anbarda külli miqdarda silah və sursat aşkar olunaraq götürülüb.
![](https://img.qaziler.az/gallery/2023/09/146601_650fe048bf521.jpg)
![](https://img.qaziler.az/gallery/2023/09/146601_650fe048c0989.jpg)