DİN: Qarabağda bütün tədbirlər görülür

DİN: Qarabağda bütün tədbirlər görülür backend

Qarabağda mülki əhaliyə qarşı hər hansı xoşagəlməz halların və digər hüquqazidd halların baş verməməsi üçün bütün lazımi tədbirlər görülür, onların sağlamlığı nəzarətdə saxlanılır. Hazırkı vəziyyətə görə ərazidən çıxarılmış Daxili İşlər Nazirliyinə, eləcə də Müdafiə Nazirliyinə müraciət edən erməniəsilli vətəndaşlarımız müvafiq düşərgələrdə yerləşdirilir, onların qida və tibbi ehtiyacı təmin edilir. Çünki onların hər biri Azərbaycan Respublikasının erməniəsilli vətəndaşlarıdır.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

O söyləyib ki, ümumiyyətlə ərazidə mülki əhalinin mühafizəsi Azərbaycan dövləti tərəfindən diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu gün davam etdirilən tədbirlər ona görədir ki, ərazi tam təhlükəsiz vəziyyətə gətirilsin. Bundan başqa, əlavə qüvvələr cəlb edilərək erməni silahlılarından qalan və təhlükə yaradan obyektlər müəyyənləşdirilir və yoxlanılır. Həmçinin mühəndis istehkamçılarımız tərəfindən bu istiqamətdə işlər də davam etdirilir.

“İndiyədək olan razılaşmaya müvafiq olaraq hazırkı vəziyyətə görə hər hansı ciddi problemli hadisə baş verməyib. Qarabağ iqtisadi rayonunda bu istiqamətdə tədbirlər aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə davam etdirilir”, - Elşad Hacıyev vurğulayıb.

 

 

 

Diaspora