Tərksilah və demobilizasiya reinteqrasiya üçün əsas komponentlərdir.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsində yazıb.
Prezidentin köməkçisi qeyd edib ki, Qarabağda üçgünlük tərksilah prosesi göstərdi ki, bu bölgə işğal dövründə hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barut çəlləyinə çevrilib.
"Əhalinin sayına və ərazinin ölçüsünə görə bölgənin bu dərəcədə hərbiləşdiriləcəyini heç gözləmirdik", - H.Hacıyev əlavə edib.