"Erməni qələbə rəmzi" Hərbi Qənimətlər Parkında - Foto

"Erməni qələbə rəmzi" Hərbi Qənimətlər Parkında - Foto backend

Ermənilərin Birinci Qarabağ müharibəsində “qələbə”lərinin simvolu olaraq Xankəndi-Şuşa yolunun üzərində yerləşdirdikləri tank Bakıdakı Hərbi Qənimətlər Parkına gətirilib.

QAZİLER.AZ  Axar.az-a istinadən xəbər verir ki, texnika nümayiş olunması üçün parkda quraşdırılıb.

Qeyd edək ki, bu, Şuşa şəhərinə girmək istəyən ilk tankdır. Milli Qəhrəman Albert Aqarunov bu tankı məhv etmişdi. 1992-ci ildəki işgaldan sonra isə ermənilər həmin tankı bərpa edərək, Şuşa şəhərinin girişində "qələbə simvolu" olaraq abidə kimi qoymuşdu. Ötən gün isə həmin "tank abidəsi" götürülərək, Bakıya gətirilib.

 

 

Diaspora