Şəhidlərimizin sayı ilə maraqlananlar üçün...- Qarabağ qazisi

Şəhidlərimizin sayı ilə maraqlananlar üçün...- Qarabağ qazisi backend

Şəhidlərimizin sayı ilə maraqlananlar, səmimi şəkildə narahat olanlar, aşağı, yuxarı danışanlar üçün yazdım bunu!

Qaziler.az bildirir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu feysbuk səhifəsində lokal antiterror əməliyyatı zamanı şəhidlərimizin sayı ilə bağlı sosial şəbəkələrdə yazılanlarla bağlı fikirlərini yazıb. 

"Döyüşün ən çətini, yəni dönüş nöqtəsi ön cəbhənin yarılmasıdır. Hücum edən tərəf də ən çox itkini əsasən bu zaman verir. Antiterror təddbirləri başlayanda da Ağdərədə və Xocəvənddə düşmənin ön xətti yarıldı. Və əsasan də şəhidlərimiz bu zaman oldu! Ağdərəni, çox şükür, azad etmişik! Amma Ağdərənin coğrafi relyefi döyüş üçün çox əlverişsizdir. Ərazisi də böyükdür. Keçmiş DQMV-də ən böyük ərazisi olan rayon idi. Başqa detallara varmıram, Ağdərəni 1992-ci ildə azad edənlər, ümumiyyətlə, 1991-1994-cü illərdə bu istiqamətdə döyüşlərdə iştirak edənlər yaxşı bilir. Lakin Qəhrəman döyüşçülərimiz Ağdərəni azad etdi! Özü də çox qısa zamanda!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!"

QAZİLER.AZ

Diaspora