Qarabağda Rusiya sülhməramlılarının ölümündə şübhəli bilinən şəxslərdən bir neçəsinin saxlanıldığı bildirilir.
Qaziler.az bildirir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Cinayətdə şübhəli bilinən ilk şəxslər saxlanılıb”, - mənbə agentliyə bildirib.
Xatırladaq ki, sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rusiyalı hərbçilərinin olduğu avtomobil kiçik atıcı silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan rusiyali hərbçilər həlak olmuşdu.
QAZİLER.AZ