Rusiya Müdafiə Nazirliyi xəbər verib ki, Rusiya Federasiyasından olan sülhməramlılar Qarabağda avtomobilin atəşə tutulması nəticəsində həlak olublar
Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub və orada olan hərbçilər həlak olub. Bu barədə sentyabrın 20-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 20-də Canyataq kəndi ərazisində Rusiya sülhməramlı kontingentinin müşahidə məntəqəsindən qayıdarkən rus hərbçilərinin olduğu avtomobil kiçik silahlardan atəşə tutulub. Atışma nəticəsində avtomobildə olan Rusiya hərbçiləri həlak olublar”, - Müdafiə Nazirliyindən bildiriblər.
Qeyd olunur ki, hadisə yerində Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri işləyir. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.
mənbə: İzvestiya
QAZİLER,AZ