Erməni silahlıları səngər qazmağa cəhd ediblər - Müdafiə Nazirliyi

Erməni silahlıları səngər qazmağa cəhd ediblər - Müdafiə Nazirliyi backend

Sentyabrın 17-si saat 23:15 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstəriblər.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Diaspora