Bakıdan göndərilən 40 ton un yüklü karvan 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir

Bakıdan göndərilən 40 ton un yüklü karvan 7 gündür Ağdam-Xankəndi yolunda gözləyir backend

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 7-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

Trend-in Qarabağ bürosu xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün AzQAC-ın əməkdaşları və könüllüləri cavab gözləyir

 

 

Diaspora