Türkiyə Rusiyanın Qarabağda yaratdığı böhrandan geri addım atmasına çalışır - Politoloq

Türkiyə Rusiyanın Qarabağda yaratdığı böhrandan geri addım atmasına çalışır - Politoloq backend

Əgər Rusiya Türkiyə ilə razılığa gəlməyəcəksə, Azərbaycan silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar aparacaq.

Qaziler.az bildirir ki, bu barədə politoloq Məhəmməd Əsədullazadə öz feysbuk hesabında yazıb.

"ABŞ və Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında vasitəçilik danışıqlar prosesi, yenidən Rusiya tərəfindən qarşısı alındı. Ermənistan Baş naziri 2 sentyabrda verdiyi açıqlama ilə məhz Praqada ərazi bütövlüyü ilə bağlı imza atdığı sənədin üzərindən xətt çəkdi. Praqada N. Paşinyan Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Verdiyi bəyanatda Qarabağın təhlükəsizliyi ilə razılaşmanın ərazi vahidliyi ilə bağladi. Bu, rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanımadığının bariz nümunəsidir.

Moskva, Brüssel və Vaşinqton formatında aparılan danışıqlardan narahat idi. Bu xüsusda Rusiya XİN müstəvisində bir neçə rəsmi bəyanatda vermişdi. Hətta, N.Paşinyanı. Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıdığına ikrahla cavab vermişdi. Moskva, Praqada imzalanmış "Alma-Atı" bəyyannaməsi və digər razılaşmaları qəti şəkildə qəbul etməyərək, davam edən prosesi separatçıların əli pozmağa nail oldu.

Rusiaynın iki ölkə arasında davamlı olaraq bu siyasəti strateji deyil, taktikidir. Çünki, yeni bir nizam qurulub və Rusiya Ukraynada müharibə ilə məşğuldur. Qərb Cənubi Qafqazda prosesi yenidən davam etdirməyə başlayacaq. Hazırda davam edən böhranın arxasında Rusiya dayanır. Fransa da bundan istifadə edəərk, regionda yerləşmək və Türkiyənin qarşısını almağa çalışır. Azərbaycanın reinteqrasiya siyasətinə və Xankəndinə yüklərin aparaılmasının qarşısını alanda məhz Rusiyadır. Amma, Kremlin bu siyasətinə qarşı Türkiyə diplomatik müstəvidə fəallaşıb".

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiya səfərində Rusiyanın hazırkı siyasəti ətrafında müzakirələr aparıldığını bildirən politoloqun fikrincə, Türkiyə Rusiyanın Qarabağda yaratdığı böhrandan geri addım atmasına çalışır. Soçidə prezodent R. T. Ərdoğanla V. Putin arasında bu məsələlər müzakirə ediləcək.

Rusiya artıq Cənubi Qafqazda Türkiyənin varlığını qəbul edir. Qərbin regiona gəlməsinə qarşı Rusiya -Türkiyə ilə əməkdaşlıq edib, Azərbaycanın reinteqrasiya siyasətinə mane olmayaraq və Azərbaycanla Ermənistan arasında vasitəçilyi obyektiv yanaşacaqsa, müsbət irəlləyiş əldə edilə bilər. Prezident R. Tayyib Ərdoğanla V. Putin bu məsələləri müzakirə edə bilər

Amma, Kreml Azərbaycanın Xankəndində nəzarəti bərpa etməsini qəbul etmək istəmir. Çünki, Rusiya 200 illik ənənəvi Cənubi Qafqaz siyasətindən geri addım atacağı şübhəlidir. Kremlin Cənubi Qafqaz siyasəti xronikidir və iki ölkə arasında sülhün əldə edilməsinə qarşıdır.

Əgər, Rusiya Türkiyə ilə razılığa gəlməyəcəksə, Azərbaycan silahlı erməni birləşmələrinə qarşı hərbi əməliyyatlar aparacaq. Həmçinin, Ermənistanla sərhəddə "bufer zonanın" yaradılmasına getməlidir. Kəlbəcərdən Qafana qədər Ermənistanın bu ərazidə bütün hərbi bazaları məhv edilməlidir. Azərbaycan bunu etməsə, siyasi -hərbi böhran davam edəcək. Əgər, hərbi eskalasiya baş verərsə, bundan sonra, Ermənistan Azərbaycan sülh müqaviləsini imzalayacaq. Azərbaycan üçün ən optimal variant müharibə ilə strateji planını həyata keçirməkdir. Nəinki, diplomatik danışıqlarla buna nail olmayacaq.

Qeyd edim ki, Hakan Fidana İranada səfər edir. İranın neytrallaşdırılması gündəmdədir. Türkiyə Azərbaycan ətrafında baş verənlərin qaşrısını almaq üçün ciddi addımlar atır.

QAZİLER.AZ

Diaspora