Bu gün separatçıların sonunun başlanğıcıdır - Bakı Xankəndinin qapısına çatdı

Bu gün separatçıların sonunun başlanğıcıdır - Bakı Xankəndinin qapısına çatdı backend

Bu gün Xankəndidə separatçı-terrorçu rejim qondarma “müstəqillik günü”nü qeyd edir.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, işğal dövründə təntənə ilə qeyd etdikləri bu günü 44 günlük müharibədən sonra sönük keçirən separatçılar bu gün səssizliyə bürünüblər.

Bunun birinci səbəbi “başsız” qalmalarıdır. Araik Arutyunyan mövcud vəziyyətdə məsuliyyətdən xilas olmaq üçün “istefa” verdi.

İkinci səbəb isə rəsmi Bakının nəfəsini ənsənələrində hiss etmələridir. Artıq Xankəndinin qapısında dayanmışıq və separatçılar humanitar yardımın erməni əhalisinə çatdırılmasına qarşı nə qədər təxribat törətsə də, nəticədə bunun olacağını da anlayırlar.

Qarabağdakı mövcud vəziyyət bu gün separatçıların qondarma “bayramı” yox, sonunun başlanğıcı olduğunu deməyə əsas verir.

 

 

Diaspora