Ağdam-Xankəndi yolu elektrik enerjisi ilə təmin edilib

Ağdam-Xankəndi yolu elektrik enerjisi ilə təmin edilib backend

Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.

Bu barədə “Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, hazırda uzunluğu 1500 metr olan elektrik xəttinin çəkilməsi işi başa çatıb.

110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə qədər çəkilib.

Diaspora