“Laçın” SBM-də saxlanılan erməniəsilli şəxslərdən birinin kimliyi bilindi - YENİLƏNİB - VİDEO

“Laçın” SBM-də saxlanılan erməniəsilli şəxslərdən birinin kimliyi bilindi - YENİLƏNİB - VİDEO backend

Azərbaycan bayrağını təhqir edən və “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan şəxslərdən birinin adı məlum olub.

Oxu.Az-ın məlumatına görə, həmin şəxs Alen Sarkisyandır.

O, bu gün Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, yayılan xəbərlərə görə, bu gün Azərbaycan bayrağını təhqir edən üç erməni “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb.

2021-ci ildə bəzi kütləvi informasiya vasitələrində və müxtəlif sosial media səhifələrində erməni futbolçuların Azərbaycan Dövlət Bayrağı barədə təhqiredici hərəkətlər etmələrini əks etdirən videogörüntülər yayılmışdı. Saxlanılan üç nəfərin həmin qrupdan olduqları qeyd olunur.

Diaspora