Dünya şöhrətli fotoqraf Rza Deqatinin Laçında “Evim, gözəl evim!” layihəsi təqdim olunub.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X-də yazıb.
“Laçında Rza Deqatinin “Evim, gözəl evim!” layihəsi. Baba-nənələri və valideyni Ermənistanda etnik təmizləmənin qurbanı olmuş 100 uşağın fotosu. Lakin 30 il ərzində Laçının Ermənistanın dağıdıcı işğalından azad edilməsi ilə onlar öz vətənlərinə, Laçına qayıdırlar”,- paylaşımda qeyd olunub.