Baba Mikayılovun bacısı: “Daha anamın da gözü yollardan yığıldı” - FOTO

Baba Mikayılovun bacısı: “Daha anamın da gözü yollardan yığıldı” -  FOTO backend

Birinci Qarabağ müharibəsində itkin düşən və aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyən olunan Baba Mikayılovla Şamaxının Göylər kəndində yaşadığı evdə vida mərasimi keçirilib.

Oxu.Az-ın məlumatına görə, mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin qardaşları İlham  Cəlal Mikayılovlar jurnalistlərə açıqlamalarında bildiriblər ki, 31 il Babanın yolunu gözləyiblər:

 

“Bizə xəbər verdilər ki, qardaşımızın qalıqları tapılıb. Çox sevindik. Çünki 31 ildə anamın gözünün yaşı qurumurdu. Hər gün qapı açılanda “Gör, gələn Babadır”, - deyirdi. Prezident İlham Əliyevə təşəkkür edirik. Allah şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin”.

B.Mikayılovun bacısı Sənayə İbrahimova deyib ki, qardaşı döyüşlərə könüllü gedib və orada yaralanıb:

“Yalvardıq ki, getmə. Dedi ki, orada anam-bacım da var və gedəcəyəm. Qardaşım gedəndə dedi ki, mənim oradan meyitim gələcək. Elə o gedən getdi (ağlayırlar). İndiyə kimi, gözümüz yolda idi. Nə yaxşı ki, qardaşım artıq bizimlə eyni torpağındadır. Daha anamın da gözü yollardan yığıldı”.

Diaspora