Bərdədə Qarabağ erməniləri ilə görüş ola bilər - Politoloq

Bərdədə Qarabağ erməniləri ilə görüş ola bilər - Politoloq backend

"Əgər Bərdədə görüş baş tutarsa, ilkin mərhələdə Xankəndi - Agdam yolu ilə yüklərin daşınması razılığı əldə edilə bilər".

Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə öz feysbuk səhifəsində yazıb.

"Qarabağdan ermənilərin kütləvi köçü gözlənilən idi. Çünki, oradakı separatizmi dəstəkləyənlər Azərbaycanın tərkibində yaşamaqdan imtina edirlər. Bu gün Qarabağı tərk edən qadınlardan birinin əl çantasında "Miatsumu" simvorilizə edən əl çantasını nümayişkarana şəkildə göstərməsi bunu göstərir.

Azərbaycan Qarabağı tərk edənlərə tam şərait yaradır. Hətta öz şəxsi avtomobilləri ilə gedənlərə də şərait yaradılmalıdır. Qarabağda erməni gənclər və gənc ailələr Qarabağı tərk edəcək. Xankəndində oturan separatçı rejimin başçısı Arayik Arutunyan təşviş içindədir. Separatçılardan ibarət "təhlükəsizlik şurasının" iclasını keçirib. Azərbaycanla Bərdə şəhərində danşıqlar aparmaq və Ağdam-Xankəndi yolundan istifadə edərək yüklərin daşınmasında maraqlı olduğu erməni mətbuatinda yer alıb.

Qeyd edim ki, separatçıların nümayəndəsi Samverl Babayan ötən günlərdə BBC radiosuna müsahibəsində Əsgəranda lojistik mərkəzin qurulması və malların Ağdamdan gətirilərək burada toplanması və sonra paylanmasıni təklif etmişdir. Ola bilər, belə bir təklif reallaşsın", - politoloq qeyd edib.

Qarabağdan ermənilərin kütləvi surətdə köçkünə şərait yaradılması davam etdirilməli olduğunu yazan politoloqun fikrincə,  bundan sonra, Xankəndində separatçılarda reallıqları qəbul etməyə məcbur olacaqlar.

"Demək olar ki, Rusiyanın Ruben Vardanyan və N. Paşinyanın "status" planları fiaskoya uğrayıb. Getdikcə köç intensiv xarakter aldıqdan sonra, kəndlər boşalacaq.

Əgər, Bərdə də görüş baş tutarsa, ilkin mərhələdə Xankəndi - Agdam yolu ilə yüklərin daşınması razılıq əldə edilə bilər. Növbəti danışıqlar baş tutarsa, silahlı erməni qüvvələrinin çıxarılması tələb edilməlidir. Əgər, ermənilərin Qarabaği kütləvi köçü davam edərsə, Ermənistanda məcbur qalıb, Azərbaycanla sülh müqaviləsinin bağlanmasına gedəcək", - Məhəmməd Əsədullazadə əlavə edib.

QAZİLER.AZ

Diaspora